Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin köçürülməsi ilə bağlı tender keçirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “166 Global Logistics” MMC olub. Tərəflər arasında 1 milyon 348 min 704,6 manat məbləğində müqavilə bağlanması nəzərdə tutulur.
Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə İrina Səmədova Olegovna kimi qeyd olunub.