ABŞ dietoloqları kələm pəhrizi ilə bir həftə ərzində 4-5 kq çəki atmağın sirrini açıqlayıblar. Belə ki, ekspertlər kələm şorbasının köməkliyi ilə sürətli və sağlam şəkildə arıqlamağın mümkün olduğunu bildiriblər .
NOCOMMENT.az xəbər verir ki, bu pəhriz sizi artıq çəkidən qurtarmaqla yanaşı, eyni zamanda bədəninizdə olan toksinlərdən də təmizləyəcək. Bunun üçün siz bir həftə ərzində kələm şorbasını qida menyunuza daxil etməlisiniz. Bildirilir ki, bu pəhrizdə tərəvəz, meyvə və yağsız südlərdən istifadə etmək mümkündür.
Şorbanı hazırlamaq üçün kələm, kök, soğan, pomidor, cəfəri, bir-iki diş sarımsaq, keşniş yarpağı, göbələk və ağ-qara istiot lazımdır. Dietoloqlar duzdan istifadə etməməyi məsləhət görürlər.
Qeyd edək ki, artıq çəkidən qurtulmağınıza kömək edən bu pəhriz yalnız yeddi gün üçün nəzərdə tutulub.