10-a yaxın şagird məktəbdə zəhərləndi – RƏSMi CAVABbackend

10-a yaxın şagird məktəbdə zəhərləndi – RƏSMi CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

09:18

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.

Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, onlar məktəbdə yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

***

TƏBİB-dən cavab olaraq NOCOMMENT.az-a bildirilib ki, 16.02.2026-cı il tarixdə saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsi ilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdur.

Həmin şəxslərə digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit diaqnozu qoyulmuş, onlara zəruri tibbi yardım göstərilmişdir.

 

Müayinələrdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilmiş və hər biri ambulator müalicə üçün evə buraxılmışdır.