10 ildən bir çiçəkləyir, qoxusu dözülməz olur – Cəsəd çiçəyibackend

10 ildən bir çiçəkləyir, qoxusu dözülməz olur – Cəsəd çiçəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada hər 10 ildən bir çiçək açan “mərci çiçəyi”ni görmək üçün minlərlə insan sıraya düzülür.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, Geelonq Botanika Bağındakı bitki yaydığı iyrənc qoxuya görə “cəsəd çiçəyi” adlandırılır. Hazırda o, yenidən çiçək açıb.

Solmamışdan əvvəl bu çiçəyi görmək istəyən minlərlə insan Botanika bağının qarşısında izdiham yaradıb.

Bundan başqa, çiçəyin görüntülərinin paylaşıldığı canlı yayım son 2 gündə on minlərlə insan tərəfindən izlənilib.

Botanika Bağının Koordinatoru Kelle Reissinger deyib ki, çiçək “ölü dovşan kimi iylənir”.

Qeyd olunur ki, kəskin qoxusu olan bitkinin çiçəyinin ömrü 24-48 saatdır.