Hacıqabul Rayon İcra Hakimiyyətinin şəhər yollarının əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi “VNM İnşaat” MMC olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 460.137,37 manat təşkil edir.
Diqqətçəkən məqam odur ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. “VNM İnşaat” MMC-nin qanuni təmsilçisi Vüqar Nağıyev Məhəmməd oğludur.
Araşdırmamız zamanı məlum olub ki, şirkət haqqında açıq mənbələrdə demək olar ki, heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi internet saytı, nə də əlaqə nömrələri mövcuddur.
Maraqlıdır ki, analoji vəziyyət digər tender qalibləri arasında da müşahidə olunur. Dövlət qurumlarının iri məbləğli layihələrində qalib gələn bəzi şirkətlərin fəaliyyətləri və maddi-texniki bazaları barədə ictimaiyyət üçün məlumatlar əlçatmazdır.
Qeyd edək ki, Hacıqabul Rayon İcra Hakimiyyətinə Sevindik Hətəmov rəhbərlik edir.