10 manatlıq şirkət Dövlət Komitəsinin 100 minlik tenderini udubbackend

10 manatlıq şirkət Dövlət Komitəsinin 100 minlik tenderini udub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti minik və yük maşınlarına ehtiyat hissələrinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “ARİVO GROUP” MMC olub. Şirkətlə ümumilikdə 99.970,78 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.

Satınalma siyahısına müxtəlif ölçülərdə avtomobil təkərləri (8,5R20, 175/70R13, 315/80R22,5, 235/60/R18 və s.) və akkumulyatorlar (60 AH-dan 190 AH-a qədər müxtəlif güclərdə) daxildir.

Qalib şirkətin qanuni təmsilçisi Hafiz Eyyubov Rəsul oğludur. “ARİVO GROUP” MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.