10 min manat dəyərində qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıbbackend

10 min manat dəyərində qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu barədə polisə məlumat verən ev sahibi 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlandığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.

Araşdırma aparılır.