10 noyabrda Paşinyan bunkerdə gizlənib canlı yayım edirdi – Ovannisyan SİRLƏRİ AÇDIbackend

10 noyabrda Paşinyan bunkerdə gizlənib canlı yayım edirdi – Ovannisyan SİRLƏRİ AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabrda Paşinyan naməlum yerdəki bunkerdə idi və balanssız vəziyyət haqda canlı yayın edirdi”.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Alternativ Layihələr Qrupunun üzvü Vaqe Ovannisyan səsləndirib: “ 10 Noyabrda bir nəfər də olsun Mənim Addımım Fraksiyasının üzvü ortada yox idi. Sanki itmişdilər, göyə uçmuşdular. Hətta yoldaşları Ararat Mirzoyana belə dəstək nümayiş etdirmədilər. Araratı dəstəkləyən heç kim yox idi. Rəhbərdən tutmuş adi işçisinə qədər hamısı acı reallığı dərk edirdi. Onlar Ermənistan və erməni xalqına nə etdiklərini başa düşürdülür. Həmin günlərdə onlar hakimiyyət haqda deyil, necə sağ qalacaqlarını düşünürdülər”.

Vaqe Ovannisyan fikirlərini davam etdirərək belə yazır: “Növbəti aylarda inanılmaz bir dəyişiklik baş verdi və onlar yavaş-yavaş yerin altından çıxmağa başladılar. Əvvəlcə süründülər və qorxdular. Yalnız iş və qorxu hiss edilən müsahibələr verdilər. Amma sonra vəziyyət dəyişdi və onlar daha inamlı oldular. İndi isə qətiyyətli açıqlamalar verərək başqalarını baş verənlərdə ittiham edirlər.

“Bəs əslində nə baş verdi”? sualını Ovannisyan bu cür şərh edib: “Müharibə var idi, biz birincinin günahı ilə uduzduq. Müharibə zamanı qurbanlar olur, amma indi sülh var və sərhədləri açaraq inkişaf edəcəyik. Altı ay ərzində bu düşüncəni təkrarlasanız, buna tam inanmağa başlayacaqsınız. Problem ondadır ki, cəmiyyətin bir hissəsi də bu suala eyni yanlış cavabı verir və özünü bu fikirlərə inandırır. Ancaq bu müvəqqəti olaraq özünü aldatmaqdan başqa bir şey deyil. Ancaq gerçəklik budur ki, ən pis şey baş verdi – bütöv bir nəsil öldü, ölkənin təhlükəsizlik sistemi dağıldı, ərazimizin böyük bir hissəsi itirildi və qarşıda qeyri-müəyyənlik var”.

Alternativ Layihələr Qrupunun üzvü onu da qeyd edib ki, , təhlükəsiz Ermənistan indi “Artsax” adlı yara ilə qanayır: “Gələcəyi parlaq olan minlərlə gənc haradan bilərdi ki, onlar kommunikasiyaların açılmasına qurban veriləcəklər. Ən pisi oldu, bir fəlakət baş verdi. Lakin bir müddətdən sonra həm süni, həm də təbii şok keçəcək. Bu zaman hamımız dəhşətli bir reallıqla qarşılaşacağıq və yenidən inşa etməyə başlayacağıq. Ümid edirəm ki, bu dəfə gələcəyə nəticələr çıxararaq, çünki bu yeni səhifədir…”
Konkret.az