10 yaşlı uşağı avtomobil vurdubackend

10 yaşlı uşağı avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda 10 yaşlı uşağı avtomobil vurub.

NOCOMMENT.az-ın şimal bölgəsinin müxbiri xəbər verir ki, bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Ramin Sadıqov küçəsində qeydə alınıb. Yaşadığı evin qarşısında velosiped sürən 10 yaşlı Allahverdi Yasin oğlunu hərəkət edən kiçik tutumlu yük avtomabili vurub. Sürücü dərhal yaralını öz avtomobili ilə xəstəxanaya çatdırıb. Xəstəxanadan aldığımız məlumata görə uşağın vəziyyəti kafidir.
Fakla əlaqədar olaraq Xaçmaz RPŞ də araşdırma aparılır.

Cəlal Fərzəliyev
Bölgə müxbiri.