10 yaşlı uşaq koronavirusdan öldü -2 dəfə yoluxmuşdubackend

10 yaşlı uşaq koronavirusdan öldü -2 dəfə yoluxmuşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanda koronavirusdan 10 yaşlı oğlan ölüb. Artyom Suxorukov infeksiyanın ağırlaşmasından xəstəxanada vəfat edib. Onun ölüm səbəbi kimi ağciyərlərin ödemi, kəskin larinqotraxeit göstərilib.

NOCOMMENT.az xəbər verir ki, 4-cü sinifdə oxuyan Artyom sağlam idi, boksla məşğul olurdu.

Uşaqlıqdan laringitdən əziyyət çəkirdi. 3 yaşında yalançı inaq diaqnozu qoyulmuşdu.

Valideynləri deyir ki, uşaq pulmonoloji mərkəzdə qeydiyyatda idi, ildə 2-3 dəfə müalicələr alır, inhalyasiya edirdi.

“Yayda ailəlikcə koronavirusa yoluxduq, amma Artyom test vermədi, heç götürmədilər də. Uşaqlar çox yüngül keçirdilər. Heç birimiz peyvənd olunmamışdıq.

1 ay keçmişdi, Artyom da sağalmışdı. Amma sentyabrın sonu öskürməyə başladı, məktəbə qoymadıq. Özünü pis hiss etmirdi.

Səhər onun boğulma səsinə oyandıq, dərmalarını verdik, iynə vurduq kömək etmədi.

Təcili yardım çağırdıq, orda Artyom bir az özünə gəldi, amma sonra yenidən pisləşdi. Reanimasiyaya qaldırılsa da onu xilas etmək mümkün olmadı” – deyə valideynləri hadisə barədə danışır.

medicina.az