100-dən çox ailənin məskunlaşdığı bina çarəsiz vəziyyətdə – VİDEObackend

100-dən çox ailənin məskunlaşdığı bina çarəsiz vəziyyətdə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

137 ailənin yaşadığı beş mərtəbəli binaanın zirzəmisi aylardır çirkab suların ağuşunda boğulur.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, binanın kanalizasiya xəttdində baş vermiş nasazlıq səbəbindən çirkbab sular artıq birinci mərtəbədəki evlərə dolur. Üfunətdən nə evdə nə binanın həyətdində ayaq saxlamaq mümükün deyil.

Görüntülər Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindəndir.

Sakinlər iddia edir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq onların çağrışlarına məhəl qoyan yoxdur.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, adıçəkilən ünvana qəza briqadası göndərilib.

Binəqədi rayon Su kanal İdarəsi tərəfindən xəttdə olan nasazlıq aradan qaldırılb və zirzəmi çirkab sulardan təmizlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.