100-dən çox rus məktəbi distant təhsil formatına keçmək qərarına gəlibbackend

100-dən çox rus məktəbi distant təhsil formatına keçmək qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiyanın təhsil naziri Sergey Kravtsov bildirib ki, sərhədyanı rayonlarda 100-dən çox məktəb distant iş formatına keçmək qərarına gəlib.

O, yeni tədris ilindən 114 məktəbin bu rejimdə fəaliyyət göstərəcəyinə aydınlıq gətirib. O, Rəqəmsal İnkişaf Nazirliyi ilə birlikdə bu regionlar üçün xüsusi “Mənim məktəbim” proqramının yaradıldığını bildirib. Kravtsov əmin etdi ki, orada bütün lazımi tədris materialları var.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Tass xəbər yayıb.

bundan əvvəl baş nazirin birinci müavini Denis Manturov bildirib ki, Kursk, Belqorod və Bryansk vilayətlərindən uşaqların təhsil üçün başqa bölgələrə köçürülməsi təklifini hazırlamaq lazımdır.

Daha əvvəl məlum olmuşdu ki, Kursk vilayətinin sərhədyanı rayonlarından 115 min nəfər təxliyə edilib.

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər iki həftədən çoxdur ki, davam edir. Bölgədə, həmçinin Belqorod və Bryansk vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edilib.