“100 İl Qarant” külli miqdarda cərimələnə bilərbackend

“100 İl Qarant” külli miqdarda cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“100 İl Qarant” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.