100 milyona yaxın insan tarixi soyuqla üz-üzəbackend

100 milyona yaxın insan tarixi soyuqla üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Amerikaya təsir edən şaxtalı hava öz təsirini göstərdiyi bir vaxtda, ABŞ və Kanadada yaşayan təxminən 100 milyon insan tarixi soyuq hava ilə üz-üzə qalıb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Milli Hava Xidməti dondurucu havanın “nəsildə bir dəfə görülən”, 10 dəqiqə ərzində donmaya səbəb ola biləcək dondurucu küləklər gətirdiyini açıqladı.

Kanadanın Manitoba əyalətindən ABŞ-ın Manie əyalətinə qədər olan ərazidə yaşayan insanlara çöldə keçirdikləri vaxtı məhdudlaşdırmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bazar ertəsindən bəri ABŞ-da pis hava şəraiti səbəbindən 11 nəfər ölüb.

Texas ştatında 8 nəfər, Oklahoma və Arkanzas ştatlarında isə bir nəfər ölüb.

Ən aşağı temperatur rekordları ABŞ-ın 10 ştatında qırıldığı halda, ən azı 83 milyon insanın -17 dərəcəyə qədər düşə biləcək temperaturla qarşılaşacağı gözlənilir.

NOCOMMENT.AZ