100 mindən çox vergi borcu olan şirkət 155 minlik tenderi uddubackend

100 mindən çox vergi borcu olan şirkət 155 minlik tenderi uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Universal Pro” QSC olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, “Azərsu” ASC daxili vəsaiti hesabına pəstahların (metal məmulatı) satın alınması xidmətinə görə “Universal Pro” QSC-yə 154 min 967 manat 39 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 min manat olan “Universal Pro” QSC-nin qanuni təmsilçisi Baxışov Ədalət Müsafər oğludur. QSC 8 fevral 2016-cı ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 21 iyun tarixinə olan məlumatına görə, “Universal Pro” QSC-nin dövlət büdcəsinə 106 min 686 manat 83 qəpik borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.