101 yaşında diplom aldıbackend

101 yaşında diplom aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Qərbi Virciniya ştatında yaşayan Merill Pitman Kuper xəyalı ilə yaşadığı lisey diplomunu 101 yaşında alıb.

“NOCOMMENT” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kuper uğurlu karyeraya malik olsa da, diplomu olmadığı üçün peşmanlıq hiss edib.

Kuperin ailəsi 2018-ci ildə “Jefferson County Schools”la əlaqə yaradıb.

“Harpers Ferry” Milli Tarix Parkı, “Storer College” Milli Məzunlar Dərnəyi və Qərbi Virciniya Təhsil Nazirliyinin birgə səyləri ilə Kuperin arzusu həyata keçib.

Martın 19-da ona fəxri diplom verilib və ailəsinin də iştirakı ilə xüsusi məzuniyyət mərasimi təşkil edilib.

Qeyd olunub ki, Kuper 1934-1938-ci illərdə “Storer College”də təhsil alıb, amma maddi səbəblərdən təhsilini dayandırmaq məcburiyyətində qalıb.