İsti havalarda ictimai nəqliyyatdan istifadə edənlərin əsas problemi kondisionerlərin işləməməsidir.
NOCOMMENT.az xəbər verir ki, bu dəfə bu problemlə “Xəzər Xəbər”ə 105 nömrəli marşrut xəttinin sərnişinləri müraciət ediblər.
Belə ki, “Neftçilər” stansiyasını Balaxanı qəsəbəsi ilə əlaqələndirən 105 nömrəli marşrut xəttinin sərnişinləri kondisionerlərin işləməməsindən şikayətçidir.
Sürücülər də kondisionerlərin işlək olmadığını təsdiqləyir.
Problemlə bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq. “Bus Service” MMC-dən bildirildi ki, avtobuslardakı sərinləndirmə sistemi yenilənib, hazırda texniki nasazlıq səbəbindən bəzi avtobuslarda kondisionerlər işləməyə bilər. Həmin avtobuslar mərhələli şəkildə təkrar yoxlanışa aparılır və problem həll edilir.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.