107 minə görə həbs edilən ər-arvad bəraət aldılarbackend

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevanın məhkəmə prosesi tamamlanıb.

NOCOMMENT.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, beş nəfərə ümumilikdə 107 min manat ziyan vurmaqda ittiham olunan ər-arvad özlərini təqsirli bilməyiblər. Bakı Apellyasiya Məhkəməsində müttəhimlər əsassız olaraq həbs olunduqlarını deyərək bəraətlərini tələb ediblər.

Məlumat üçün deyək ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Bir il əvvəl elan edilmiş hökmə əsasən, A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 5 il azadlıqdan məhrum ediliblər.

Yuxarı instansiya məhkəməsi bütün dəlil və sübutları tədqiq etdikdən, tərəflərin çıxışlarını dinlədikdən sonra birinci instansiya məhkəməsinin hökmünü ləğv edib.

Ziya Şirinovun sədrlik etdiyi hakimlər belə qənaətə gəliblər ki, hökmdə iş üçün əhəmiyyət kəsb edən bütün hallar sübuta yetirilməyib. Qərara əsasən, A.Abdullayev və L.Abdullayevaya bəraət verilib. Ər-arvad məhkəmə zalından birlikdə azadlığa buraxılıblar.

Qeyd edək ki, cütlüyün dörd övladı var.