Çində 107 yaşlı qadının alnında 10 sm-lik buynuza bənzər böyümə çıxıb.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, qadına uzun müddət günəşə məruz qalma ilə əlaqəli dərinin buynuzlanması diaqnozu qoyulub.
Sağlamlığı yaxşı olan və özünü yaxşı hiss etdiyini bildirən qadının buynuzunu yerli sakinlər “uzunömürlülük buynuzu” adlandırıblar.
Bununla belə, bu cür böyümələr adətən xoş xassəli olsa da, xərçəng riski daşıdığı üçün müntəzəm müayinələr tövsiyə olunur.