Astara Suvarma Sistemləri İdarəsi maşın mexanizmləri və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalmasını həyata keçirir.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bu səbəbdən Şamo Əlşiraz oğlu Qurbanov ilə müqavilə bağlayıb. Satınalmanın məbləği 11 571 AZN təşkil edir.
Satınalma çərçivəsində idarə əyləc lenti (VTQ-100-RS2), Newholland-B90B və Kamaz-65115-017 modelləri üçün diferin qabaq salniki, hava filterləri, yanacaq filterləri, yağ filterləri, arxa difer balonunun futulkası, turbin üçün kollektor topu, dinamo evrokamaz üçün, stupisanın salniki, turbin kollektor turbası, diferin kaneçka salnikləri, həmçinin FORD-1826 modelləri üçün vakuum şlanqlarının başlıqları və digər ehtiyat hissələrini alacaq.