11 bıçaq zərbəsi alan TƏBİB əməkdaşının vəziyyətibackend

11 bıçaq zərbəsi alan TƏBİB əməkdaşının vəziyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə Qambayeva ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

NOCOMMENT.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında paylaşıb.

O bildirib ki, xəsarət ana şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, TƏBİB əməkdaşı əri tərəfindən 11 bıçaq zərbəsinə məruz qalıb.

***

Xəbər verdiyimiz kimi, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qanbayeva Lamiyə Nəcməddin qızı ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

NOCOMMENT.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Qeyd edək ki, Lamiyə Qambayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin İctimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.