11 ildən sonra kritik əlaqə: Çavuşoğlu Misirə getdibackend

11 ildən sonra kritik əlaqə: Çavuşoğlu Misirə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirə gedən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu Misir xarici işlər nazirinin müavini İhab Nəsr, Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Salih Mutlu Şen və digər rəsmi şəxslər qarşılayıb.

NOCOMMENT.az xəbər verir ki, nazir Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olub.

Məlumata görə Çavuşoğlu təmasları çərçivəsində həmkarı Sameh Şükrü ilə təkbətək görüşəcək, daha sonra heyətlər arasında görüş başlayacaq.

NOCOMMENT.AZ