11 yaşlı qızdan XƏBƏR VARbackend

11 yaşlı qızdan XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İmişli rayonunda zorakılığa məruz qalmış, yetkinlik yaşına çatmayan uşaqla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən iş davam etdirilir”. 

NOCOMMENT xəbər verir ki, Komitənin mətbuat katibi Teymur Mərdanoğlu oxu.az-a açıqlamasında bildirib ki, Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyinin birgə əməkdaşlığı ilə bu gün azyaşlı xəstəxanadan çıxarılaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

“Uşağın səhhəti yaxşıdır və daim həkim nəzarətində olacaq. Eyni zamanda sığınacaqda psixoloji reabilitasiyaya cəlb olunaraq, müvafiq köməklik göstəriləcək”, – deyə T.Mərdanoğlu qeyd edib.