11 yaşlı qızı qonşusu tüfəng ilə öldürdübackend

11 yaşlı qızı qonşusu tüfəng ilə öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada evinin bağçasında oynayan 11 yaşlı qız qonşusunun ov tüfəngindən atəş açması nəticəsində ölüb.

NOCOMMENT.az xəbər verir ki, Fransanın Brittany bölgəsindəki Quimper şəhərinin şimalında yerləşən Sen-Herbot qəsəbəsində yaşayan ingilis ailə mübahisə etdiyi hollandiyalı qonşunun hücumuna məruz qalıb.

Şənbə günü bağçalarında manqal şənliyi edərkən baş verən hadisədə ingilis ailəsi qonşuları tərəfindən ov tüfəngi ilə atəşə tutulub.

Həmin vaxt qardaşı ilə yelləncəkdə yellənən 11 yaşlı Solayne Tornton güllələnərək öldürülüb. Torntonun valideynlərinin ağır yaralandığı, bacısının isə şokda olduğu bildirilib.

71 yaşlı Hollandiya vətəndaşı hadisədən sonra evinə qapanarkən həyat yoldaşı ilə birlikdə hadisə yerinə gələn polis tərəfindən həbs edilib.

NOCOMMENT.AZ