Şotlandiyada qeydə alınan 11 yaşlı uşağın zehnini uyuşduran məşqi kameralara düşüb. Sözügedən görüntü qısa zamanda hiddət yaradıb.
NOCOMMENT xəbər verir ki, polis zorakılığı ilə tanınan ABŞ-da çəkildiyi güman edilən görüntülərin ünvanı Şotlandiyadır. Ölkənin Haven bölgəsində 11 yaşlı uşaq bıçaqla insanları hədələyib. Xəbərdarlıq üzərinə hadisə yerinə polis gəlib..
5 polis tərəfindən mühasirəyə alınan kiçik oğlanın üzərində iki lazer işığı görünüb. Qorxu içində zibilin arxasında gizlənən uşağın həmin anları rayonda bir nəfərin kamerasına anbaan əks olunub.