KoronaVirus İnformasiya Portalı
111 sahibkarlıq subyekti barədə tədbir görülübbackend

111 sahibkarlıq subyekti barədə tədbir görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl etməyən 111 sahibkarlıq subyekti barədə tədbir görüb.

Nazirlikdən NOCOMMENT.az -a verilən məlumata görə, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində sentyabrın 14-də keçirilən monitorinqlər zamanı Nizami rayonunda “Elegant mebel” mağazasında, “Elcan mebel salonu”nda, “Qala çay evi”ndə, Səbail rayonunda “Lvov şokolad” mağazasında, “Eyvan restoranı”nda, “Cafe city”də, Qaradağ rayonunda “Elman market”də, “Dostluq kafe”də, Lütfi Bədəlova, Fəxrəddin Mikayılova məxsus kafelərdə, Yasamal rayonunda “MD outlet geyim mağazası”nda, “Qoc ət” restoranında, “Şeraton restoranı”nda, “İstanbul lahmacun restoranı”nda, “Kaktus restoranı”nda, Suraxanı rayonunda “Oba market”də, “Toğrul market”də, “Öz Urfa restoranı”nda, “Atilla restoranı”nda, Sabunçu rayonunda Şamiddin Rzayevə məxsus “İnşaat materialları satışı” mağazasında, Xəzər rayonunda “24 saat market”də, “Şəmsi şirniyyat”, “Şərab evi” mağazalarında, “Görüş restoranı”nda, Nəsimi rayonunda “Corab mağazası”nda, “Second cup” iaşə obyektində, “London pub”da, Nərimanov rayonunda “M market”də, “Bequm butik geyim mağazası”nda, “Sushi Azərbaycan” iaşə obyektində, “VİP Solarium gözəllik salonu”nda, Binəqədi rayonunda “Şaurma kafe”də, “Pub kafe”də, Xətai rayonunda “Medika hospital”da, Vüsal Məmmədova, Fərid Seyidova, Turan Mürsəlliyə məxsus mağazalarda, Sumqayıt şəhərinddə “Ağababa market”də, “La Chateau” iaşə obyektində, “Street food kafesi”ndə, Abşeron rayonunda “Qarabağ market”də, “Kazbek çay evi”ndə, ümumilikdə, 111 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.