116 ukraynalı əsgər əsir dəyişdirilərək azad edilibbackend

116 ukraynalı əsgər əsir dəyişdirilərək azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində 116 ukraynalı əsgərin azad edildiyini açıqlayıb.

NOCOMMENT-in məlumatına görə Yermak öz Telegram hesabında yazıb ki, Rusiya tərəfi ilə daha bir məhbus mübadiləsi aparılıb.

Əsir mübadiləsi çərçivəsində 2-si zabit, 114-ü sıravi və çavuş olmaqla 116 əsgərin azad edildiyini qeyd edən Yermak, “İşimizə davam edirik. Hamını geri qaytaracağıq” dedi.

Yermak iki əcnəbi könüllü Kristofer Metyu Perri və Endryu Tobias Metyu və bir könüllü döyüşçünün cəsədlərinin əsir mübadiləsində Ukrayna tərəfinə qaytarıldığı barədə məlumatı da paylaşıb.

Rusiya Müdafiə Nazirliyi də Ukraynadan əsirlərin dəyişdirilməsi ilə 63 rus əsgərinin azad edildiyini bildirib.