12 dostunu zəhərləyib öldürməkdə ittiham olunan qadın həbs edildibackend

12 dostunu zəhərləyib öldürməkdə ittiham olunan qadın həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandın paytaxtı Banqkokda keçmiş sevgilisi də daxil olmaqla 12 dostunu siyanürlə zəhərləyərək öldürməkdə ittiham olunan qadın həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Ranqsivuthapor sonuncu dəfə iki həftə əvvəl dostu Siriporn Xanvonq ilə tətilə getdiyi və Xanvonqun çay sahilində huşunu itirərək dünyasını dəyişdiyi məlum olub.

Tayland polisindən verilən açıqlamada ekspertiza zamanı Xanvonqun bədənində sianid aşkar edildiyi, telefonunun, pulqabısının və çantasının da itdiyi qeyd edilib.

Ranqsivuthapornun dostları ard-arda öldükdən sonra polis cinayət araşdırmalarını gücləndirib.

Cinayətlərin 2020-ci ildə başladığını və bütün qurbanların eyni şəkildə öldüyünü bildirən polis, bəzi cəsədlərin yandırıldığını bildirib.

Ölənlər arasında iki polis də var.

Bütün şübhələrin mərkəzində olan Sararat Rangsiwuthaporn dünən həbs olunduqdan sonra ona qarşı irəli sürülən ittihamları rədd edib. Səlahiyyətlilər Ranqsivuthapornun zaminə buraxılması tələbini qəbul etməyib.

NOCOMMENT.AZ