125-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

125-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibənin 125-ci günü üçün Rusiya ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 35 250 hərbçi, 1 567 ədəd tank, 3 704 ədəd zirehli döyüş maşını, 778 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 102 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarə, 185 ədəd helikopter, 2 589 ədəd avtomobil texnikası, 636 ədəd PUA, 139 qanadlı raket, 61 xüsusi texnika itirib.