127-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

127-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 600 hərbçi təşkil edir”.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 573 tank, 3 726 zirehli maşın, 790 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 104 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 185 helikopter, 641 operativ-taktiki PUA, 143 qanadlı raket, 14 gəmi/qayıq, 2 602 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.