13 nəfər toyuq dönərindən zəhərlənibbackend

13 nəfər toyuq dönərindən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Balıkəsir bölgəsində Edremit rayonunda yedikləri toyuq dönərindən zəhərlənən 13 nəfər Edremit Dövlət Xəstəxanasında müalicə olunub.

NOCOMMENT xəbər verir ki, dünən günorta saatlarında toyuq məmulatları satan müəssisədə dönər yeyən 13 nəfər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.

Edremit Dövlət Xəstəxanasında aparılan yoxlamalar zamanı müraciət edənlərə qida zəhərlənməsi diaqnozu qoyulub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Edremit Qida Kənd Təsərrüfatı və Meşə Müdirliyi də iş yerinə gedərək nümunələr götürüb.