13 yaşlı məktəbli 1 həftə sonra tapıldıbackend

13 yaşlı məktəbli 1 həftə sonra tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 28-də Qazax rayonunda itkin düşən məktəbli qız tapılıb.

NOCOMMENT.az xəbər verir ki, Qazax RPŞ-nin həyata keçirdiyi tədbirlərlə 2010-cu il təvəllüdlü Ləmanın (şərti) yeri müəyyən edilib. O, noyabrın 4-də tapılaraq ailəsinə təhvil verilib.

Bildirilir ki, Qazax şəhərindəki məktəblərdən birində təhsil alan 13 yaşlı qız oktyabrın 28-də günorta saatlarında başının ağrıdığını deyərək sinif rəhbərindən icazə alıb. O, müəllimə evə gedəcəyini desə də, məktəbdən çıxaraq naməlum istiqamətə gedib.

Faktla bağlı araşdırmalar davam etdirilir.