Gəncədə bıçaqlanma olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Pərviz Səmədov küçəsində baş verib.
Şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Qurbanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə yeniyetmə dostu tərəfindən bıçaqlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Gəncədə 17 yaşlı yeniyetməyə xəsarət yetirən dostu olub.
NOCOMMENT.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən araşdırmalar zamanı məlum olub ki, 17 yaşlı S. Əliyev dostu K. Qurbanov ilə zarafat edərkən əlindəki dırnaq tutan əlatlə sonuncunun diz nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirib.
Araşdırmalar davam etdirilir.













