Başı gicəllənənlərin dərmanı – 2 vitaminbackend

Başı gicəllənənlərin dərmanı – 2 vitamin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya alimləri xoşxassəli paroksizmal başgicəllənmədən xilas olmaq üçün effektiv vasitə tapıblar.

NOCOMMENT.az medicina.az-a xəbər verir ki, vestibulyar aparatın ən geniş yayılmış problemi olan başgicəllənmə basin vəziyyətini dəyişəndə, yataqdan qalxanda baş verir.

Alimlər bu xəstəliyi olan 957 nəfəri təcrübəyə alıb, onların bir qrupuna gündə 2 dəfə D vitamini və kalsium verilir, digər qrupa isə placebo – yəni dərman olmayan boş tablet.

2 həftə sonra birinci qrupda başgicəllənmə hallarının 25% azaldığı təsdiq olunub.

Alimlər bunu müalicədə böyük irəliləyiş hesab edir, halbuki bu xəstələr belə effekti çoxsaylı xəstəxanaya gedişlərlə və dərmanlarla əldə edirdilər.

Bu araşdırma göstərdi ki, kalsium və D vitamini birgə qəbulu ilə ucuz və asan metodla başgicəllənmələri müalicə etmək olar .