Keniyanın Nyamira bölgəsindəki bir məktəbdə oxuyan 148 şagird mədə ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Citizen Digital” məlumat yayıb.
Bildirilir ki, içdikləri sudan zəhərləndiyi aşkarlanan şagirlərin xəstəxanada müalicəsi davam etdirilir.