15 gün əvvəl itkin düşən turist tapılmayıbbackend

15 gün əvvəl itkin düşən turist tapılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın axtarışları davam etdirilir”.

NOCOMMENT xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov bildirib.

O, qeyd edib ki, DİN Daxili Qoşunlarının hərbi qulluqçuları, Zaqatala Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturunun əməkdaşları əcnəbi turistin itkin düşdüyü ehtimal olunan ərazilərdə axtarışlara cəlb olunublar: “Hələlik müsbət nəticə əldə olunmasa da, bu istiqamətdə bütün zəruri tədbirlər görülür”.

Xatırladaq ki, mayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Daxil olan müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.