15 ildir polis tərəfindən axtarılırdı, görün hardan tapıldıbackend

15 ildir polis tərəfindən axtarılırdı, görün hardan tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
15 il axtarışda olan şəxs yatağın altından tapılıb.
NOCOMMENT.az xəbər verir ki, Kayseridə 4 müxtəlif cinayətə görə 15 il 5 ay həbs cəzası alan H.K. gizləndiyi evdəki çarpayının altında yaxalanıb.

Kayseridə təhlükəsizlik orqanları və büro komandirliyi qrupları 4 fərqli oğurluq ittihamı ilə 15 il 5 ay həbs cəzası alan H.K.-nın tutulması üçün iş başladıb.
Araşdırmalar çərçivəsində məhkumun Melikqazi rayonu Aydınlıkevler məhəlləsində bir ünvanda gizləndiyi müəyyən edilib. Polis qruplarının axtarışı nəticəsində H.K-nın çarpayının altında gizləndiyi məlum olub.
Nəzarətə alınan məhkum polis bölməsindəki əməliyyatlardan sonra həbsxanaya göndərilib.