15 yaşlı oğlan velosipeddən yıxılıb xəsarət aldıbackend

15 yaşlı oğlan velosipeddən yıxılıb xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb. Hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.

NOCOMMENT.az-ın məlumatına görə, 2010-cu il təvəllüdlü  A.Kərimli kəllə beyin travması diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyat edilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, 15 yaşlı A.Kərimli kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Fakt araşdırılır.\\“Unikal”