ABŞ-da yeni qalmaqal yaşanıb. Lisey şagirdi anasının Fələstin paylaşımlarına görə məktəbdən uzaqlaşdırılıb.
NOCOMMENT xəbər verir ki, ABŞ-ın Florida ştatında Fələstin əsilli orta məktəb şagirdi anasının sosial mediada Fələstin tərəfdarı paylaşımlarına görə məktəbdən uzaqlaşdırılıb.
ABŞ mediasında Fort Lauderdale Pine in Crest məktəbinin şagirdi 15 yaşlı Jad Abuhamda anası Maha Almasrinin paylaşımları səbəbiylə məktəbdən qovulub.
Məktəb rəhbərliyi tərəfindən edilən yazılı açıqlamada Almasrinin sosial media paylaşımlarının “nifrət dolu və təxribat xarakterli” olduğu iddia edilərkən, Almasri bu iddiaları təkzib edərək, paylaşımlarının yalnız Qəzzada baş verən humanitar faciəyə diqqət çəkmək məqsədi daşıdığını bildirib.