1500 azərbaycanlı hərbçinin şəhid olduğu Murovdağ faciəsibackend

1500 azərbaycanlı hərbçinin şəhid olduğu Murovdağ faciəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 fevral 1994-cü il Azərbaycan ordusu üçün tarixdə iz qoymuş faciəli gündür. Murov dağı ətrafında rus və erməni işğalçı qüvvələrinə qarşı aparılan döyüşlər zamanı Azərbaycan Milli Ordusu ağır zərbə aldı. Bu qarlı və sərt gecədə 1501 hərbçimiz həyatını itirdi, onlardan yüzlərləri döyüş meydanında yox, şaxtalı dağ yamaclarında donaraq həlak oldu.

NOCOMMENT.az xəbər verir ki, Cəmilli kəndindəki briqada komandanlığında zabitlərə Kəlbəcər rayonunu tərk etmə əmri verildi. Cəmilli uğrunda gedən döyüşlərdə Feyruz Alışov əsir düşdü. Əsgərlər Ömər aşırımından keçmək istəyəndə yolun Ermənistan qüvvələrinin nəzarətində olması onları dar və təhlükəli Susuzluq–Təkəqaya–Ağdağ marşrutu ilə geri çəkilməyə məcbur etdi. Ağır texnika isə geridə qaldı.

Qışın amansız soyuğu və dağlıq ərazilərdəki çətin şərait əsgərləri sınağa çəkdi. Bəzi əsgərlər isinmək üçün pencəklərini yandırmalı oldu, yüzlərlə əsgər donaraq və ya uçqun altında qalaraq həyatını itirdi, bir çoxu isə itkin düşdü. Polkovnik-leytenant İntiqam Mirzəyev geri çəkilməni belə xatırlayır: “Oturmaq ölmək demək idi. Hərəkət etmədiyimiz an donacaqdıq. Bəziləri soyuqdan dəli olmuşdu. Mahnı oxuyan əsgərlərin soyuq çaya qaçışını və suya girməsini görürdüm. Dayanmaq qəti qadağan idi. Komandirimiz belə yorğunluqdan yerə oturdu, amma onu qalxmağa məcbur etdim.”

O vaxt 19 yaşında olan baş çavuş Vaqif Abbasovun xatırlatmasına görə, fevralın ortalarında iki briqadamız mühasirəyə alınmışdı, qar yağışı isə düşmənlə qarşılaşmağı çətinləşdirirdi. Kəlbəcərdən olan Təyyar Muxtarov isə bildirib ki, çox əsgər güllə və mərmidən deyil, şaxtadan həlak olmuşdu. Mühasirədə qalan qoşunların bir hissəsi vertolyotlarla təxliyə edildi.

Hələ də Azərbaycan ordusunun itkilərinin tam rəsmi siyahısı açıqlanmayıb.

Ən son məlumatlara görə, ümumi itki 1592 nəfərdir: 1337 əsgər donaraq, 111-i isə itkin düşərək həyatını itirmişdi. Tomas de Vaalın qeyd etdiyi kimi, Ömər dağı döyüşlərində Azərbaycan ordusunun ümumi itkisi 4000 nəfərə yaxın olmuşdu.

Bu faciə, döyüşdən çox, təbiətin və sərt qış şəraitinin insan iradəsini sınadığı anlar kimi tarixə düşdü. Sarıqamışla müqayisə ediləcək qədər dəhşətli olan Murovdağ faciəsi, Azərbaycan əsgərinin cəsarətini və dözümünü əbədiləşdirdi.

Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Onların uğrunda donduğu Qarabağ bu gün azaddır və bu azadlıq onların qurbanının əbədiləşməsidir.

İllər öncə, 23 il əvvəl dünyanın müxtəlif yerlərində insanlar Sevgililər Gününü qeyd edir, sevdiklərinə kiçik hədiyyələr axtarırdılar. Lakin həmin faciəli gündə Murovdağda şəhid olan qəhrəmanlarımızın da evlərində sevgililəri, yoldaşları vardı. Onların da ürəkləri sevgi ilə dolu idi, amma taleyin amansızlığı onları həyatın ən qiymətli anında bizdən aldı. Hər bir şəhidin sevgisi və ailəsi, qoyduğu xəyallar bu gün bizdə unudulmaz iz buraxır.\\Crossmedia.az