162 nömrəli marşrut xəttindən ŞİKAYƏT – VİDEObackend

162 nömrəli marşrut xəttindən ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yağış avtobusun içinə damır…

NOCOMMENT.az xəbər verir ki, kadrlar 162 nömrəli marşrut xəttindəndir. Yağış suları Sərnuişinlə dolu avtobusun damından içəri axır.

Bu marşrut xəttindən istifadə edən sərnişinlər avtobusların köhnəliyindən şikayətçidirlər.

Sərnişinlər həmçinin, sözügedən xətdəki avtobuslarda gecikmələrin də yaşandığını deyirlər.

Sürücülərin sözlərinə görə isə, gecikmələr yalnız günün pik saatlarnda baş verir. Avtobuslar da bir neçə ay əvvəl yenilənib. Hazırda istifadədə olan avtobuslarda nasazlıq yaşanmır.

Məsələ ilə bağlı AYNA-dan “Xəzər Xəbər”ə bildirildi ki, marşrutun müvəqqəti istismarçısına nöqsanların aradan qaldırılması, avtobus parkının saz vəziyyətdə saxlanılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə dəfələrlə tapşırıqlar verilib. Yeni daşıyıcının müəyyən edilməsi üçün sözügedən marşrut xətti artıq müsabiqəyə çıxarılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.