Avtobus gec gəlir…
NOCOMMENT.az xəbər verir ki, söhbət Ramana qəsəbəsindən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edən 163 nömrəli avtobusdan gedir. Sakinlər iddia edirlər ki, avtobus gec işlədiyindən işlərinə gecikirlər.
Hətta sürücülərin onlarla mübahisə etdiklərini də iddia edirlər.
Sürücülər isə gecikməyə əsas səbəb olaraq, yolların nasaz olduğunu bildirdilər.
Məsələ ilə bağlı “Bakubus MMC” nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, son günlərdə sistemli gecikmə halları qeydə alınmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













