Avtobusun yolu yarımçıq getməsi sakinlərə problem yaradır…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət 165 nömrəli avtobus və Binəqədi Gənclər Şəhərciyi ərazisindən keçən hissədən gedir.
Problemlə əlaqədar “Xəzər Xəbər”ə müraciət edən sakinlər deyir ki, xətdə olan avtobuslar yeniləndikdən sonra növbəti 2-3 dayanacağa hərəkət etmədi. Bu isə onlar üçün əlavə vaxt itkisinə səbəb olub.
Sakinlərin şikayəti ilə bağlı 165 nömrəli avtobusun avtodəstə rəisi Tağı Məmmədov bildirdi ki, sözügedən ərazi avtobusun hərəkət cədvəlində mövcud olmayıb. Lakin sakinləri nəzərə alaraq avtobuslar o istiqamətdən hərəkət edirdi. Lakin yeni avtobuslarla həmin yolu getmək mümkün deyil.
Daşıyıcı şirkətdən o da bildirildi ki, yol təmir edilmədiyi müddət ərzində avtobuslar hazırki rejimdə fəaliyyətini davam etdirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.