169-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

169-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 43 min (dünən bu rəqəm 42 800 idi) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 846 (+14) tank, 4 100 (+14) zirehli döyüş maşını, 974 (+3) artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 134 (+1) hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 772 (+6) PUA, 185 qanadlı raket, 15 gəmi, 3 018 (+13) avtomobil texnikası və avtosistern, 90 (+1) xüsusi texnikadan ibarətdir.