17 gün Parisdə – Xəyalları alt-üst edən acı reallıqla üz-üzə – TƏHLİLbackend

17 gün Parisdə – Xəyalları alt-üst edən acı reallıqla üz-üzə – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransız xalqı kef eləyir. Madam, madmuazel” – bu sözlər Azərbaycan kinosunun şah əsərlərindən sayılan “Şərikli çörək” filmində yer alan bir səhnədəndir. Mərhum rejissor Şamil Mahmudbəyovun 1969-cu ildə çəkdiyi ekran əsərini indinin özündə də sevə-sevə izləyir, yaddaşımıza əbədi hopan, dodaqqaçıran cümlələri məqamı gələndə təkrarlamaqdan həzz alırıq. Filmdə uşaqlar pul ödəyərək mücərrəd səhnələri maraqla izləyirlər. Halbuki onlara təqdim olunan şəkillərdə “dişə vurulası”, demək olar ki, heç nə yoxdur…

Doğrudan da yaxşı deyiblər: “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək məsləhətdir”. İllərdir mavi ekranlardan izlədiyimiz, mətbuatdan oxuduğumuz, hətta xəyallarımızda canlandırdığımız, çoxlarımızın turist kimi can atmağa çalışdığı Fransanı, daha doğrusu, paytaxt Parisi görmək imkanımız oldu. Özü də nə az, nə çox – düz 17 gün. Təbii ki, müxtəlif platformalarda Azərbaycana düşmən kəsilən bir ölkəyə istirahət və gəzmək məqsədilə getməmişdik. Belə bir fikrimiz də yox idi. Gənclər və İdman Nazirliyinin təşəbbüsü və xətti ilə gerçəkləşən səfər sırf işgüzar xarakter daşıyırdı – XXXIII Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycan idmançılarını iş başında canlı izləmək! Təmsilçilərimizin tarixi zəfəri ilə yekunlaşan Paris-2024 barədə detallı yazdığımızdan, yenidən bu mövzuya qayıtmağa lüzum görmürük. Məqsəd xəyallarla reallığın nə dərəcədə üst-üstə düşdüyünü aydınlaşdırmaqdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Paris 2 milyondan çox əhalisi olan böyük bir meqapolisdir. Olimpiadanın biabırçı təşkilatçılığı ilə “sinifdə qalan” şəhərin problemləri özündən də böyükdür. Paris Fransanın kaloniyalarından axın nəticəsində həddindən artıq yüklənib. Ucuz işçi qüvvəsi sayılan qaradərililərin əsas funksiyası məhz qara işlər görməkdir. Buna hər addımda rast gəlmək mümkündür. Onların bir çoxu küçələrdə və metro stansiyalarında gecələyir. Fransa polisi də buna, sadəcə, göz yummaq məcburiyyətindədir. Nəticədə Parisə üz tutan turistlər iyrənc mənzərə ilə rastlaşırlar. Şəhərin küçələrini və metro stansiyalarını özlərinə sığınacaq seçənlər təbii ehtiyaclarını da burada ödəyirlər deyə, üfunət iyindən beyin çatlayır. Çirk və zibil içində üzən, siçovulların sağa-sola qaçdığı küçələr, havalandırma sisteminin olmadığı ictimai nəqliyyat da bir başqa ciddi problemdir. Qiymətlərdən isə, ümumiyyətlə, danışmağa dəyməz. Ərzaq məhsullarının “at belində” olan qiymətləri əl yandırır və əhalinin böyük hissəsinin cibinə uyğun deyil. Təsəvvür edin ki, ən ucuz çörəyin qiyməti 2 avrodan başlayır, ətin kiloqramı 30 avrodur. Zərərli vərdiş həvəskarları isə 1 qutu siqaretə görə minimum 11 avrodan keçməlidirlər. Havalandırma sistemi olmayan metroya giriş 4 avrodur. Bütün bunlar ən primitiv nümunələrdir.

Cüdo və güləş yarışlarının keçirildiyi məkanda tanış olduğumuz türkiyəli həmkarımızın danışdığı bir hadisə Parisdə kriminal vəziyyətin də çiçəkləndiyindən xəbər verir. Qardaşımız ucuz qiymətə bazarlıq etmək eşqinə düşüb və onu bir ünvana yönləndiriblər. Mənzil başına çatanda isə hara gəldiyinin fərqinə varıb. Dediyinə görə, qaradərililərin söz sahibi olduğu bazarda əsasən oğurluq əşyalar satılır. Özü də dəyərindən iki-üç dəfə ucuz. Bizə göstərdiyi, real qiyməti 50 avroya olan gün eynəyini 15 avroya alıb. Oradan sağ-salamat qayıtdığına görə Allaha şükür etdiyini deyən həmkarımız həyatında bu qədər qorxu hissi keçirmədiyini bildirdi. Onu da öyrənib ki, Fransa polisi bu kriminal zonanın varlığından xəbərdar olsa da, müdaxilə etməkdən çəkinir. Üstəlik, belə kriminal zonaların sayı Parisdə, eləcə də Fransanın digər şəhərlərində kifayət qədərdir. Elə bizim qaldığımız otelin yaxınlığında da sırf Afrikadan gələn miqrantların yaşadığı məhəlləyə rast gəldik. 30 ildən çoxdur Türkiyədən gəldiyini deyən, həmin ərazinin yaxınlığında dönərxana işlədən abimiz də oralardan uzaq olmağımızı məsləhət gördü. Yol kənarındakı kafelərdə oturub yemək yeyərkən pul kisəsi və telefonu masanın üstünə qoymaq qətiyyən olmaz. Bir göz qırpımında götürüb aradan çıxırlar. Qaldığımız oteldən 150-200 metr aralıda, avtomobil yolunun düz kənarında rast gəldiyimiz, zir-zibil içində olan “talkuçka” isə bizi xəyalların qanadında yaxın keçmişə apardı…

Bir sözlə, Parisdə olduğumuz 17 gün ərzində xəyallarınızı alt-üst edən acı reallıqla üz-üzə qaldıq. Müstəmləkəçi Fransanın tərifli, şişirdilmiş paytaxtının əsl simasını gördük. Gəzməyə qərib ölkə axtarırsınızsa, bu, birmənalı şəkildə Fransa və onun paytaxtı deyil! Tərifli Eyfel qülləsi, Luvr muzeyi və başqa gəzməli-görməli məkanlar yerində olsa da…