Xüsusi axtarış-xilasetmə şirkəti 17 il əvvəl Kanada sərhədində Huron gölünə düşən “Socata TB-20” tipli təyyarənin qalıqlarını ABŞ-nin Miçiqan ştatında tapıb.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Miçiqan ştatının polisi məlumat yayıb.
Dağıntıların yaxınlığında skelet qalıqları aşkar edilib. Şimali Miçiqan Universitetinin Ədli Antropologiya Mərkəzində aparılan araşdırmalar nəticəsində qalıqların 56 yaşlı sərnişin H. Brooke Stauffer Jr.-ə aid olduğu qeyd edilib.