17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşdu – Ölən varbackend

17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşdu – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax rayonunda ağır yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı “Mercedes Vita” markalı mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində “Daewoo”nun sürücüsü C.Cəfərov ölüb, habelə daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, sürücü də daxil olmaqla, “Daewoo”dakı sərnişinlərin üçü də məzundur.

Fakt araşdırılır.
Report