175-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladıbackend

175-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibənin 175-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 267 təyyarəsi, 148 helikopteri, 1 747 PUA-sı, 365 zenit-raket kompleksi, 4 334 tank və digər zirehli texnikası, 799 reaktiv yaylım atəş sistemi, 3 310 artilleriya və minaatanı, 4 922 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.