179 min manatlıq tender nəzarət orqanının qərarı ilə ləğv edildibackend

179 min manatlıq tender nəzarət orqanının qərarı ilə ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” publik hüquqi şəxsi tərəfindən elan edilmiş elektrik və bəzi maşın avadanlıqlarının satın alınması üzrə tender proseduru nəzarət orqanının qərarı ilə ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 179.473,28 manat təşkil edirdi. Rəsmi məlumatda bildirilib ki, tenderin ləğvi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən həyata keçirilib və bu barədə qərar təsdiq olunmaq üçün nəzarət orqanına təqdim olunub.

Qanunun qeyd olunan maddəsinə görə, müəyyən hallarda nəzarət orqanı tərəfindən aşkar edilmiş uyğunsuzluqlar və ya pozuntular əsasında satınalma prosedurlarının dayandırılması mümkündür. Hazırda tenderin yenidən elan edilib-edilməyəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.