Ukrayna Baş naziri Yuliya Sviridenko bildirib ki, 18–22 yaşlı kişilər hərbi vəziyyət dövründə Ukrayna sərhədini maneəsiz keçə biləcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.
Baş nazir vurğulayıb ki, hökumət dövlət sərhədinin keçilməsi qaydalarını yeniləyib. Onun sözlərinə görə, bu, müvafiq yaş qrupuna aid bütün vətəndaşları əhatə edir.
Avqustun 26-da Ukrayna Prezidenti Vladimir Zelenski də bildirib ki, hökumət 18–22 yaşlı kişilərin xaricə çıxış qaydalarını yeniləyəcək.